11 evdən 30 min manatdan çox oğurluq etdi
03 fevral 2021 12:02 (UTC +04:00)

11 evdən 30 min manatdan çox oğurluq etdi

Bakıda evdən külli miqdarda oğurluq edilib.

Lent.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, müxtəlif vaxtlarda Xəzər rayonu ərazisindəki 11 evdən ümumilikdə 11.170 manat pul, 470 dollar, 19 min manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb.

Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Qala qəsəbə sakini, əvəllər məhkum olunmuş S.Tağıyev saxlanılıb.

# 3603
avatar

Mehman Nəbiyev

Oxşar yazılar