Rəşad Nəbiyev
26 yanvar 2021 16:11 (UTC +04:00)

Rəşad Nəbiyev

Yeni nazir kimdir? - DOSYE-YENİLƏNİB-VİDEO

Yazıya video əlavə edilib. 

 

13:09

 

Xəbər verdiyimiz kimi, Rəşad Nəbiyev Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Lent.az məlumat verir ki, R.Nəbiyev 1977-ci il 26 avqustda anadan olub.

1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb, 2000-2002-ci illərdə isə ABŞ-nın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.

Daha sonra R.Nəbiyev təhsilini Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirərək 2006-cı ildə “Yüksək vəzifəli icraçı şəxslər üçün Dövlət maliyyə idarəetməsi proqramı”nı bitirib.

Azərkosmos ASC-yə sədr təyin edilməzdən əvvəl, 2004-2011-ci illərdə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləyib.

2002-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar əməliyyatları departamentində, 1997-2000-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində çalışıb.

Qeyd edək ki, R.Nəbiyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il 24 yanvar tarixli Sərəncamına əsasən Azərkosmos ASC-nin sədri vəzifəsinə təyin edilmişdi.

 

 

# 15984
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar