Yeni həftənin ilk günü iki rayonun qazı kəsiləcək
13 iyul 2024 10:21 (UTC +04:00)

Yeni həftənin ilk günü iki rayonun qazı kəsiləcək

Gələn həftənin bazar ertəsi Qobustan və Quba rayonlarının qaz təchizatında fasilə yaranacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Lent.az-a verilən məlumata görə, "Qobustan 5-6-cı massiv" ölçü qovşağında təmir-quraşdırma işləri aparılacaq. Bu səbəbdən iyulun 15-də saat 11:00-dan 13:00-dək "Qobustan" qazpaylayıcı stansiyadan (QPS) qidalanan "Qobustan 5-6-cı massiv" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. Qaz təchizatı dayandırılan müddətdə Qobustan Bağlar yaşayış massivinin və 5,6,7-ci massivlərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin, Quba rayonunun 1-ci Nüqədi kəndində ortatəzyiqli qaz kəmərində aparılacaq təmir, 2-ci Nüqədi kəndində isə yeni çəkilmiş qaz xəttində quraşdırma işləri səbəbindən iyulun 15-də saat 09:30-dan etibarən işlər tamamlanana qədər qaz təchizatının dayandırılması planlaşdırılıb. Qaz təchizatı dayandırılan müddətdə Quba rayonunun 17 yaşayış məntəqəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1482
avatar

Oxşar yazılar