"SOCAR "Azəriqaz" İstehsalat Birliyi olaraq əhalinin təbii qaza olan tələbatının tam ödənilməsi, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər görülür".
Lent.az xəbər verir ki, bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Yardımlı rayonunun Perimbel kəndində vətənlaşlarla görüşü zamanı bildirib. Qurum rəsmisi 2021-ci ilin avqust ayından etibarən başlanan "Açıq mikrofon" aksiyasının bu günədək paytaxtla yanaşı, bütün bölgələri də əhatə etdiyini qeyd edib. Həmçinin Perimbel kəndindən Socar-a daxil olan müraciətlər əsasında "Səyyar qəbul otağı"nın bu ünvanda da təşkil olunmasının vacibliyini vurğulayıb. Görüşdə Birlik rəsmiləri ilə yanaşı, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı da iştirak edib. Vətəndaşlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür ediblər.