Bu gün Milli Məclisin iqtisadi siyasət komitəsinin iclası keçirilib.
Lent. az-ın məlumatına görə, Azərbaycan Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında, Dövlət Rüsumu haqqında, Sosial Sığorta haqqında, Əmtəə Nişanları və Coğrafi göstəriciləri haqqında və Patent haqqında qanunlara dəyişiklik edilməsi müzakirə edilib.
İclasda çıxış edən komitə üzvü Vahid Əhmədov Reklam haqqında qanuna dəyişikliklər edilməsi və bu məsələnin Milli Məclisin plenar iclasına çıxarılmasını təklif edib. Komitə sədri Ziyad Səmədzadə bildirib ki, bu, olduqca vacib qanundur, çünki bu gün televiziyada xoşa gəlməyən və Azərbaycan dilinə hörmət edilməyən reklamlar var.