SOCAR-ın işçilərinin sayı açıqlanıb
05 avqust 2016 10:43 (UTC +04:00)

SOCAR-ın işçilərinin sayı açıqlanıb

 

2015-ci ildə SOCAR-ın işçilərinin ümumi sayı 52 min 104 nəfər olub.

 

"APA-Economics" şirkətin açıqladığı hesabata istinadən xəbər verir ki, 2014-cü ilin sonuna SOCAR-ın əməkdaşlarının sayı 54 min 714 nəfər idi. Beləliklə, il ərzində 2 610 nəfər SOCAR-ın sıralarını tərk edib.

 

2015-ci ildə SOCAR Azərbaycanın tərkibində hüquqi şəxs statusuna malik 3 istehsalat birliyi, 4 zavod, 2 trest və 1 institut daxil olmaqla 25 struktur bölməsi fəaliyyət göstərir.

 

Hesabatda deyilir ki, qeyd edilən dövr ərzində dünya bazarında neftin qiymətinin qeyri-stabil olmasına baxmayaraq SOCAR neft-qaz hasilatı və neft məhsullarının istehsalı ilə əlaqədar bütün proqnozlara, eləcə də ixrac öhdəliklərinə əməl edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 254
avatar

APA Baycan

Oxşar yazılar