Siyasi partiyalara ayrılan maliyyə yardımı ilə bağlı qanun layihəsinə dəyişiklik ediləcək.
Lent. az-ın məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov bu gün parlamentdəki çıxışında məlumat verib.
O bildirib ki, ötən il dövlət büdcəsindən siyasi partiyalara ayrılan vəsaitin 10 faizi xərclənməmiş olaraq qalıb. Növbəti ildə bu vəsaiti yenidən siyasi partiyalara ayırmaqla bu artımı həyata keçirmək mümkün olacaq.