Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Agentliyi Azərbaycana bu ölkəyə ixrac olunan 20 ton quru südü geri qaytarıb.
"APA-Economics" xəbər verir ki, buna səbəb istehsalçı şirkətin Rusiyaya ixrac hüququnun olmamasıdır.
Qadağan olunmuş məhsul Dağıstan ərazisində saxlanılıb.
Federal Agentlik xatırladır ki, Avrasiya İqtisadi Birliyinin üzvü olan ölkələrin ərazisinə yalnız 4 Azərbaycan şirkəti məhsul ixrac edə bilər.