
Qanunsuz sahibkarlıqla gəlir əldə edənləri 5 il həbs gözləyir
Azərbaycanda qanunsuz sahibkarlıqla xüsusilə külli miqdarda ziyan vuran və xüsusilə külli miqdarda gəlir əldə edənlərlə bağlı ayrıca cəzalar tətbiq edilir.
APA-nın məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinin (CM) 192-ci maddəsinə (Qanunsuz sahibkarlıq) yeni 3.1 və 3.2 bəndlərinin əlavə edilməsi təklif edilir.
Layihəyə görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədilən əməllər xüsusilə külli miqdarda ziyan vurma və ya xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə xüsusi cəzalar tətbiq olunacaq. Bu, 3 ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yaxud edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilən gəlirin) 4 misli miqdarında cərimə və ya 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasıdır.
Layihə sentyabrın 29-da ictimai dinləmədən keçdikdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28