Bu gün Milli Məclisin iclasında “İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının Nizamnaməsinin təsdiq edilməsi haqqında” qanunun layihəsi müzakirəyə çıxarılıb.
Lent.az-ın verdiyi məlumata görə, qanun layihəsi barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
Ziyad Səmədzadə deyib ki, Azərbaycanın bu təşkilatda gələcəkdə inkişaf imkanları genişlənəcək. O, millət vəkillərini qanun layihəsini dəstəkləməyə çağırıb.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.