Dünya bazarında neftin ucuzlaşması davam edir. Lent.az-ın məlumatına görə, bu gün keçirilən hərraclarda Brent neftinin bir barelinin qiyməti 29,45 dollaradək enib. Bu, son 12 ildə neftin qiymətində qeydə alınan ən aşağı göstəricidir.
Qərbi Texas neftinin də ucuzlaşması davam edib. ABŞ neftinin qiyməti də antirekordları təzələyərək 29,40 dollara enib.