Gömrük idxal rüsumuna cəlb edilməyən məhsullara biri də əlavə edildi
07 aprel 2016 10:57 (UTC +04:00)

Gömrük idxal rüsumuna cəlb edilməyən məhsullara biri də əlavə edildi

 

 

Azərbaycanda gömrük idxal rüsumuna cəlb edilməyən məhsulların siyahısı genişlənib.

 

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarında dəyişiklik edib.

 

Dəyişikliyə əsasən Azərbaycanın 2016-cı il üzrə yanacaq-enerji balansına uyğun olaraq Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında “Azərenerji” ASC-yə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxalı rüsumundan azad edilib.

 

Bu qərar imzalandığı gündən 30 gün sonra qüvvəyə minir və 2017-ci ilin 1 yanvar tarixinədək qüvvədədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 296
avatar

APA Baycan

Oxşar yazılar