Elman Rüstəmov sinqapurlu naziri qəbul edib
23 sentyabr 2013 11:10 (UTC +04:00)

Elman Rüstəmov sinqapurlu naziri qəbul edib

Mərkəzi Bankın sədri Elman Rüstəmov Sinqapur Respublikasının ticarət, sənaye və milli inkişaf üzrə dövlət naziri Li Yi Şyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Mərkəzi Bankın Kommunikasiya Departamentindən Lent.az-a verilən məlumata görə, Elman Rüstəmov Azərbaycanın keçdiyi inkişaf yolu, müstəqilliyin ilk illərindəki çağırışlar və hökumətin uğurlu inkişaf strategiyası barədə ətraflı məlumat verib.

 

Mərkəzi Bankın sədri “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında Sinqapur inkişaf modelində prioritetlərdən olmuş strateji hədəflər üzrə oxşarlıqları xüsusilə qeyd edib. Görüşdə Azərbaycanın pul və  məzənnə siyasəti, maliyyə sabitliyinin gücləndirilməsi və iqtisadi diversifikasiyanın dəstəklənməsi istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.  

Li Yi Şyan Azərbaycanda iqtisadiyyatın şaxələnməsi, biznesin inkişafı və makroiqtisadi sabitliyə yönəlmiş uğurlu inkişaf strategiyasını yüksək qiymətləndirərək ölkəmizə dərin marağının olduğunu bildirib. Azərbaycanın hazırkı inkişaf mərhələsində Sinqapurla bir sıra eyni çağırışlarla üzləşdiyini qeyd edən Li Yi Şyan qlobal maliyyə sisteminə inteqrasiyanın vacibliyini vurğulayıb. O, qlobal böhran şəraitində ölkəmizin kiçik yerli bazarının xarici şoklardan qorunmasının əhəmiyyətini qeyd edib və Azərbaycanda həyata keçirilmiş anti-böhran tədbirlərini alqışlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1108
avatar

Oxşar yazılar