Elektron gömrük bəyannaməsi aktivləşdiri
11 aprel 2016 10:33 (UTC +04:00)

Elektron gömrük bəyannaməsi aktivləşdiri

0

 

 

Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli qərarında əks olunan tapşırıqların təmin olunması məqsədilə  daha 4 xidmət elektronlaşdıraraq ”Elektron hökumət” portalına inteqrasiya edilib.

 

Portaldan “APA-Economics”ə verilən məlumata görə, bununla da komitənin “Elektron hökumət” portalı üzərindən göstərdiyi elektron xidmətlərin sayı 13-ə çatdırılıb.

 

İstifadəçilərin ixtiyarına verilən xidmətlər aşağıdakılardır:

 

- “Elektron gömrük bəyannaməsinin aktivləşdirilməsi”(Elektron)

 

- “Elektron gömrük bəyannaməsinin aktivləşdirilməsi”(Kart)

 

- “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük     bəyannaməsinin qəbulu”

 

- “Elektron Gömrük Bəyannaməsi haqqında məlumatların əldə edilməsi”

 

Qeyd edək ki, bununla da “Elektron hökumət” portalındakı elektron xidmətlərin sayı 424-ə çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 478

Oxşar yazılar