BVF xəbərdarlıq etdi
08 iyun 2016 21:52 (UTC +04:00)

BVF xəbərdarlıq etdi

0

ABŞ-ın Federal Ehtiyat Sistemi tərəfindən uçot dərəcəsinin artırılması neftin qiymətinə mənfi təsir göstərə bilər.

 

APA-nın məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Orta Asiya departamentinin icmalında bildirilir.

 

“ABŞ dollarının möhkəmlənməsi, kredit-maliyyə siyasətində sərtləşmə neft qiymətləri və investisiyalarına  mənfi təsir göstərə bilər. Xüsusən bu, büdcə defisiti ilə üzləşən neft ixrac edən ölkələrin iqtisadiyyatında özünü daha çox biruzə verəcək”, sənəddə qeyd olunur.

 

Qeyd edək ki, ABŞ Federal Ehtiyat Sistemi direktorlar Şurasının növbəti iclası iyunun 15-16-da keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 572

Oxşar yazılar