Bakı şəhərinin Nəsimi rayonu ərazisində hərəkətin intensiv olduğu yollardan biri bağlanıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, Füzuli küçəsinin Səməd Vurğun küçəsi istiqamətində, kəsişməyədək (H.Əliyev sarayının arxa hissəsi) 2 hərəkət zolağı bağlanıb. Avtomobillərin hərəkəti üçün ikitərəfli açıq olan yolun hazırda 2 zolağı açıqdır.
Yolun bağlanmasına səbəb ərazidə təmir işlərinin həyata keçirilməsidir.