
Bakıda neft emalı zavodu işini dayandırdı - SƏBƏB
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) planlaşdırılmış təmir işlərinin aparılması məqsədilə işini dayandırıb.
Bu barədə “APA-Economics”ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, NEZ-in işi bu gündən etibarən dayandırılıb: “Müəssisənin işi bu ayın 24-də bərpa ediləcəyi planlaşdırılır”.
İlk növbədə, neftin ilkin emalı (ELOU-AVT) qurğusunun fəaliyyəti dayandırılıb. Tədricən başqa qurğularda da təmir işləri aparılacaq, deyə İ. Əhmədov əlavə edib.
Qeyd edək ki, NEZ-dən xammal alan “Azərkimya” İstehsalat Birliyinin kimya müəssisələrinin işi də dayandırılıb.
Oxşar yazılar

Daha 3 ünvanda avtobus zolaqlarında mindirib-düşürmə yerləri yaradıldı
23 iyun 2025 , 19:05
Azərbaycanın bu rayonunda qaz olmayacaq
23 iyun 2025 , 17:07
"Azercell" “Premium” abunəçilərinə PAŞA Sığortadan 30%-lik xüsusi endirim!
23 iyun 2025 , 12:02
“Sun” markası “Məktəbli" layihəsinin qaliblərini mükafatlandırıb
23 iyun 2025 , 11:13
Dünya liderləri arasında ən çox kimin avtomobili var? – 7 min maşın
21 iyun 2025 , 17:12
Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən “Yerli şirkətlərin tanıtım sərgisi” başa çatdı
21 iyun 2025 , 16:34
"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində
21 iyun 2025 , 12:43