Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin işçiləri üçün 9 çoxmərtəbəli binadan ibarət yaşayış kompleksi tikiləcək. Lent.az-ın məlumatına görə, kompleks Səbail rayonu ərazisində, Bayıl qəsəbəsi ilə Bibiheybət qəsəbəsinin arasında yerləşəcək. Kompleks jurnalistlər üçün tikilmiş 16 mərtəbəli bina ilə Bakı Apelyasiya Məhkəməsinin yeni binasının arasında inşa olunacaq. Artıq ərazidə geoloji işlər həyata keçirilir. Götürülmüş süxurlar laboratoriyalarda araşdırılır.
Yeni tikiləcək kompleksdə avtodayanacaqlar, uşaq meydançaları, istirahət guşələri, qazanxana-camaşırxana və s. olacaq.
Məlumata görə, hazırda ARDNŞ-in yüzlərlə əməkdaşı ev növbəsindədir. Şirkət Azərbaycanda ən çox işçisi olan strukturdur.