2012-ci il ərzində Azərbaycanın nəqliyyat sektorunda bütün növ nəqliyyat vasitələri ilə 210,6 milyon ton yük daşınıb. Lent.az-ın məlumatına görə, bu barədə Nəqliyyat Nazirliyinin 2012-ci ilin yekunlarına həsr olunmuş hesabatında bildirilir. Hesabatda qeyd olunur ki, yükdaşımalar əvvəlki ilə nisbətən isə 3,5 faiz çoxdur. Yüklərin 22,9 milyon tonu dəmir yolu, 12,4 milyon tonu su, 118,1 milyon tonu avtomobil nəqliyyatı ilə daşınıb, 57,2 milyon tonu isə boru kəmərləri vasitəsilə nəql edilib. Limanlarda 11,9 milyon ton yükləmə-boşaltma əməliyyatları yerinə yetirilib. Beynəlxalq tranzit yüklərin həcmi 10,4 milyon ton olub.
Sərnişin daşınmaları isə 2012-ci ildə 8,4 faiz artıb və 1,6 milyard nəfər təşkil edib. Sərnişinlərin 1 milyard 417 milyon 4 yüz min nəfəri avtomobil, 2,7 milyon nəfəri dəmir yolu, 1,6 milyon nəfəri hava nəqliyyatı, 195,6 milyon nəfəri isə metro nəqliyyatı ilə daşınıb.