Azərbaycan şirkəti Gürcüstanda ən iri yaşayış kompleksi tikir
31 oktyabr 2013 11:24 (UTC +04:00)

Azərbaycan şirkəti Gürcüstanda ən iri yaşayış kompleksi tikir

Tiflis şəhərində (Gürcüstan) Azərbaycanın «AS Group Investment» Şirkətlər Qrupu tərəfindən Cənubi Qafqazın ən böyük yaşayış kompleksi inşa olunur.


 

«Dirsi» adlanan bu kompleks Kür çayının sahilində yerləşir.

 

«AS Group Investment»in Marketinq və inkişaf Departamentinin rəisi Elçin Niyazov «APA-Economics»ə bildirib ki, yaşayış kompleksinin ərazisi 20 hektardır, ümumi tikinti sahəsi isə 705 min kv. metrdir.

 

«Tikinti işlərinə keçən ilin dekabr ayında başlanılıb. Burada ümumilikdə 16-26 mərtəbəli 22 bina tikiləcək. Binalardakı 5 228 mənzillər isə 1-4 otaqlı olacaq. Bir otaqlı mənzillərin sahəsi 49-55 kv. metr, ikiotaqlı - 67-80 kv.m, üç otaqlı - 94-100 kv.m, dörd otaqlı isə 170 kv. m olacaq. Mənzillər sakinlərə tam təmirli şəkildə veriləcək», - deyə E.Niyazov əlavə edib.

 

Şirkət rəsmisi qeyd edib ki, «Dirsi» yaşayış kompleksi müasir tunel qəlib texnologiyası ilə tikilir. Yaşayış kompleksində infrastruktur hərtərəfli şəkildə nəzərə alınıb. Belə ki, burada məktəb, uşaq bağçası, diaqnostika mərkəzi, ticarət mərkəzi, yaşıllıq massivi, uşaq meydançaları, idman kompleksləri, yerüstü və yeraltı dayanacaqlar, bulvar, kafe və restoranlar tikiləcək.

 

Qeyd edək ki, mənzillər 10% ilkin ödənişlə satılır. Plana əsasən, birinci mərhələ 2014-cü ildə yekunlaşacaq. Bu vaxt çərçivəsində 11 bina, 22 blok, təxminən 2 600 mənzil təhvil veriləcək. İkinci mərhələdə isə həmçinin park tikiləcək. Ümumilikdə, kompleksin tikinti işlərinin 2016-cı ilin avqust ayında tam yekunlaşdırılması nəzərdə tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1021
avatar

Oxşar yazılar