Azərbaycan büdcəsində 1 milyard manat artıq pul qalıb
05 aprel 2016 15:05 (UTC +04:00)

Azərbaycan büdcəsində 1 milyard manat artıq pul qalıb

 

Maliyyə Nazirliyi 2016-cı ilin birinci rübündə dövlət büdcəsinin icrasına (operativ) dair məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2016-cı ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3678,1 mln. manat, xərcləri 2623,5 mln. manat olmuş, 1054,6 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.

2016-cı ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3570,6 mln. manat proqnoza qarşı 3678,1 mln. manat və yaxud 3,0 faiz çox olub. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 101,4 faiz icra edilməklə dövlət büdcəsinə 1542,0 mln. manat vəsait təmin edilib. Həmin vəsaitin 78,5 faizi və yaxud 1210,7 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 9,0 faiz-bənd çoxdur. 2016-cı ilin birinci rübündə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi proqnoza 114,8 faiz əməl edərək büdcəyə 416,9 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 faiz və yaxud 74,9 mln. manat çoxdur.

 

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 47,5 mln. manat təşkil edib. Sair daxilolmalar üzrə büdcəyə 11,7 mln. manat vəsait daxil olub.

 

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 1660,0 mln. manat vəsait transfert edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 272
avatar

Oxşar yazılar