"Azərbaycan HavaYolları" QSC (AZAL) gələn aydan Bakı-Dubay istiqamətində əlavə reyslər həyata keçirəcək.
Bu barədə “APA-Economics”ə AZAL-dan məlumat verilib.
Məlumata görə, buna qeyd olunan istiqamətdə uçuşlara tələbatın artması səbəb olub.
“Avqustun ayının 10-dan etibarən Bakı-Dubay istiqamətində "AzərbaycanHava Yolları" QSC (AZAL) əlavə reyslər həyata keçirəcək”, - deyə məlumatda qeyd olunur.