"TAP layihəsinin tikintisi nəzərdə tutulan müddətdə yekunlaşacaq".
APA-nın xəbərinə görə, bunu İtalyanın Azərbaycandakı səfiri Auqusto Massariti deyib. Layihənin tikintisi ilə bağlı İtaliya tərəfində bəzi çətinliklərin yaşandığını xatırladan səfir bildirib ki, hazırda bu problemlər öz həllini tapıb: “İki həftə əvvəl İtaliyanın ekologiya naziri zeytun ağaclarının altından tunel çəkilməsinə dair qərar verdi".
Səfir qeyd edib ki, TAP layihəsi tezliklə reallaşacaq və Azərbaycan qazı İtaliya vasitəsilə Avropaya ötürüləcək.
Qeyd edək ki, Trans Adriatik Borusunun (TAP) İtaliya ərazisindən keçən hissəsində 221 zeytun ağacının olması TAP layihəsinin reallaşmasına çətinlik yaradırdı. TAP kəməri həmin ərazidən keçdiyi üçün ağacların köçürülməsi vacib idi.