"SOCAR Turkey Energy" TANAP-ın səhmdarı olacaq
01 iyun 2016 14:34 (UTC +04:00)

"SOCAR Turkey Energy" TANAP-ın səhmdarı olacaq

0

"SOCAR Turkey Energy" 2016-cı ilin sonuna qədərTANAP layihəsinin səhmdarı olmaq niyyətindədir.

 

"APA-Economics" xəbər verir ki, bu barədə "SOCAR Turkey Energy"nin İdarə Heyətinin sədri Zaur Qəhrəmanov deyib.

 

"Biz bu ilin sonunadək TANAP-ın səhmdarı olmaq niyyətindəyik. Təbii ki, proses bir qədər uzana bilər. Türkiyə tərəfi bununla bağlı müvafiq razılıq verməlidir. Azərbaycan tərəfi artıq əqdin bağlanması ilə bağlı razılığını verib", - deyə Z. Qəhrəmanov qeyd edib.

 

Qeyd edək ki, "SOCAR Turkey Energy" ana müəssisəsi olan SOCAR-ınTANAP-dakı 7%-ini almaq niyyətindədir.

 

TANAP-da şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR - 58%, BP - 12%, BOTAŞ - 30%.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 432

Oxşar yazılar