"Rabitəbank"da problemli kreditlərin həcmi artıb
14 aprel 2016 17:13 (UTC +04:00)

"Rabitəbank"da problemli kreditlərin həcmi artıb

 

Cari ilin I rübündə "Rabitəbank" ASC-nin aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 32,84% artaraq 428,161 mln. manata çatıb.

 

"APA-Economics" xəbər verir ki, hesabat dövründə bankın kredit portfeli 12,7% azalaraq 190,469 mln. manat olub. Kredit portfeli kiçilsə də, vaxtı keçmiş (problemli) kreditlərin həcmi 14,43% və ya 1,604 mln. manat artaraq 12,718 mln. manata çatıb. Problemli kreditlərin ümumi portfeldə payı da artıb - ötən ilin I rübündə bu göstərici 4,8% olduğu halda, hazırda 6,1%-dir.

 

Aktivlərin strukturunu nəzər salanda məlum olur ki, likvid aktivlərin həcmi 2,66 dəfə artaraq 172,855 mln. manat təşkil edib. Bu ilin ilk 3 ayında bank qiymətli kağızlara 12,645 mln. manat investisiya yatırıb.

 

Yanvar-mart ayları ərzində bankın öhdəlikləri 14,91% artaraq 370,124 mln. manat olub. Öhdəliklərin strukturunda əsas yeri müştərilərin müddətli depozitləri tutur - 209,685 mln. manat.

 

Bankın nizamnamə kapitalı dəyişməz olaraq 48,5 mln. manat səviyyəsində qaldığı halda, məcmu kapitalı 2,57% azalaraq 58,037 mln. manat olub.

 

"Rabitəbank" I rübü 12 min manatlıq mənfəətlə başa vurub. Müqayisə üçün qeyd edək ki, ötən ilin analoji dövründə bankın mənfəəti 998 min manat təşkil edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 352
avatar

Oxşar yazılar