“Parabank” bank olmayan kredit təşkilatına çevrilə bilər.
"APA-Economics" xəbər verir ki, bu barədə MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirdiyi mətbuat konfransında deyib.
"Parabank"ın BOKT-a çevrilməsi hüquqi və təşkilati prosesdir. Əgər bankın səhmdarları bununla bağlı qərarını qətiləşdirsə, Palata buna etiraz etmir", - deyə sədr qeyd edib.