"Erməni diasporu Bakı-Tbilisi-Qars layihəsinə mane olmağa çalışır"
19 may 2016 11:35 (UTC +04:00)

"Erməni diasporu Bakı-Tbilisi-Qars layihəsinə mane olmağa çalışır"

0

 

"Erməni diasporu tərəfindən Bakı-Tbilisi-Qars (BTQ) layihəsinə çoxlu maneələr olub və bu vəziyyət davam edir".

 

"APA-Economics" xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov “The Business Year” jurnalına müsahibəsində deyib.

 

"Biz Azərbaycan şirkəti olaraq bu dəmir yolunun inşasına başlayanda Ermənistanın Bakı-Tbilisi-Qars layihəsindən kənarda qalacağı ilə bağlı narazılıqlar var idi", - deyə C. Qurbanov əlavə edib.

Layihənin icra vəziyyətindən söz açan sədr qeyd edib ki, Gürcüstanda 183 km uzunluğunda dəmir yolu xəttində işlər başa çatıb: "Hazırda layihənin xırda detalları üzərində işlər başa çatmaq üzrədir. Beləliklə, 2016-cı ilin sonuna Gürcüstan tərəfində işlər başa çatdırılacaq. Bundan sonra Türkiyədə işlərin başa çatdırılması qalır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 436

Oxşar yazılar