Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom yeni kampaniyaya start verib. Şirkət SimSim abunəçiləri üçün 3-20 dekabr, 2015-ci il tarixində “Azercell-dən Pulsuz Danışıq Günü” kampaniyasını keçirir. Kampaniya çərçivəsində 3 AZN və ya daha yüksək nominallı SimSim danışıq kartı yükləyən hər kəs növbəti yeddi gündən 1-ni Azercell-lilərlə pulsuz danışacaq. Pulsuz danışıq günləri sistem tərəfindən avtomatik olaraq növbəti ardıcıl 7 təqvim günündən seçilərək abunəçiyə bildirilir. Kampaniyaya qoşulmuş abunəçi, bu kampaniyaya yenidən ən son yukləməsindən 7 təqvim günü keçdikdən sonra yenidən qoşula bilər. Onu da bildirək ki, pulsuz danışıq günündə abunəçinin şəbəkə daxili zənglərinin davamiyyəti 30 dəqiqə ilə məhdudlaşdırılacaq. Kampaniya qoşulan abunəçilər 1010 qisa nomrəsinə boş SMS gondərməklə pulsuz danışıq günləri haqda daha ətraflı məlumat əldə edə bilərlər. Qeyd edək ki, hər kəs tərəfindən böyük maraqla qarşılanan bu kampaniya hər il şirkət tərəfindən abunəçilərinə hədiyyə olunur.

Oxşar yazılar

Bu gün Azərbaycanın bəzi bölgələrində su olmayacaq
25 iyun 2025 , 09:34
Bakının 3 rayonunda qaz kəsiləcək
24 iyun 2025 , 19:53
Dünyada nə qədər qızıl var? Narahatedici suala CAVAB
24 iyun 2025 , 19:20Yeni mənzil axtaranlar üçün əla fürsət - 2 otaq studiya mənzillər satışa çıxdı, 20 ilədək ipoteka ilə
24 iyun 2025 , 18:42
“Azerçay” 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”ndə
24 iyun 2025 , 16:05Azərbaycanda iş elanları üçün yeni ünvan - Work.az
24 iyun 2025 , 10:43
İnvestisiya dünyasına Birbank Invest-lə addım atın, daha çox qazanın!
24 iyun 2025 , 10:37