Alimlər dünyada yeni qan qrupu  aşkarladılar
25 iyun 2025 06:24 (UTC +04:00)

Alimlər dünyada yeni qan qrupu aşkarladılar

Fransa Qan Müəssisəsi qan qrupu sistemlərinə dair mühüm elmi yeniliyə imza atıb. Qurumun yaydığı rəsmi açıqlamaya əsasən, tədqiqatçılar Karib dənizində yerləşən Qvadelupa adasından olan bir qadında əvvəllər elmi ədəbiyyatda məlum olmayan, “Qvada mənfi” adlandırılan yeni qan qrupu müəyyən ediblər. Bu nadir kəşf Beynəlxalq Qanköçürmə Cəmiyyəti (International Society of Blood Transfusion, ISBT) tərəfindən rəsmən tanınaraq dünyada təsdiqlənmiş 48-ci qan qrupu sistemi kimi qeyd alınıb.

Lent.az  “sciencealert.com” saytına istinadla xəbər verir ki, yeni qan qrupunun aşkarlandığı xəstədə ilk qeyri-adi immunoloji markerlər 2011-ci ildə müşahidə olunub. Lakin həmin dövrdə mövcud texniki imkanlar bu fenomenin dərinləşdirilmiş tədqiqinə şərait yaratmayıb. Kəşfdə iştirak edən EFS-nin tibbi bioloqu Thierry Peyrard bildirib ki, yalnız 2019-cu ildə tətbiq edilən “yüksək məhsuldar DNT ardıcıllığı” texnologiyası sayəsində genetik mutasiyanın dəqiq təhlili mümkün olub.

Tədqiqat nəticələrinə görə, Parisdə yaşayan və kəşf zamanı 54 yaşı olan xəstə valideynlərindən hər ikisinin nadir mutasiyaya malik genlərini irs alıb. Qadında aşkarlanan qan qrupu hazırda dünyada yalnız ona məxsus olan unikal bir genetik konfiqurasiyanı təmsil edir. EFS bu qan qrupunu xəstənin coğrafi mənşəyini nəzərə alaraq və beynəlxalq elmi ictimaiyyətdə qəbul olunması məqsədilə “Qvada mənfi” olaraq adlandırıb.

ABO qan qrupu sisteminin ilk dəfə XX əsrin əvvəllərində kəşf edilməsindən sonra DNT texnologiyasının inkişafı nəticəsində son illərdə yeni qan qruplarının aşkarlanması prosesi sürətlənib. Yeni qan qruplarının müəyyən edilməsi, xüsusilə nadir qan tiplərinə sahib xəstələrə göstərilən tibbi xidmətin dəqiqliyini və effektivliyini artırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Hazırda Thierry Peyrard və tədqiqat komandası bu unikal qan qrupuna sahib digər fərdlərin aşkarlanması istiqamətində araşdırmalarını davam etdirir. EFS qeyd edir ki, belə nadir hallar təkcə elmi cəhətdən deyil, həm də klinik praktikada donor uyğunluğu və xəstə təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 606

Oxşar yazılar

İsrail-İran müharibəsi - SON DƏQİQƏ

İsrail-İran müharibəsi - SON DƏQİQƏ

25 iyun 2025 , 09:37
İsrailin Qəzzanı VURDU:  azı 21 nəfər həlak oldu

İsrailin Qəzzanı VURDU: azı 21 nəfər həlak oldu

25 iyun 2025 , 07:46
Şahzadə Harri atası və qardaşı ilə barışmaq üçün  addım atdı

Şahzadə Harri atası və qardaşı ilə barışmaq üçün addım atdı

25 iyun 2025 , 04:35
İran hava məkanını  açdı

İran hava məkanını açdı

24 iyun 2025 , 22:12
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi

Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi

24 iyun 2025 , 21:49
Özünə bəysiz toy edən qadın ÖLDÜ

Özünə bəysiz toy edən qadın ÖLDÜ

24 iyun 2025 , 19:07
9 yaşlı qızla   evlənmək istəyən kişi tutuldu

9 yaşlı qızla evlənmək istəyən kişi tutuldu

24 iyun 2025 , 18:09
İsrail İranın daha bir nüvə alimini  öldürdü

İsrail İranın daha bir nüvə alimini öldürdü

24 iyun 2025 , 18:00