Bakının 3 rayonunda qaz kəsiləcək
24 iyun 2025 19:53 (UTC +04:00)

Bakının 3 rayonunda qaz kəsiləcək

Bakının Xətai, Nərimanov və Qaradağ rayonlarında bəzi ərazilərdə qaz təchizatında fasilə yaranacaq.

“Azəriqaz”dan Lent.az-a verilən məlumata görə, iyunun 25-də saat 10:00-dan etibarən Xətai rayonu, Xocalı prospektində qaz xəttinin yerinin dəyişdirilməsi və Nərimanov rayonu, Ə.Əlizadə küçəsində görüləcək təmir-quraşdırma işləri, həmçinin saat 13:00-dan isə Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayış evinə təbii qazın verilməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Xətai rayonunda A.İsmayılov, M.Mehdizadə küçələrinin, Qaradağ rayonunda Ş.Əsgərov, M.Seyidov, Ə.Gülbabayev, E.Quliyev küçələrinin, Nərimanov rayonunda isə Təbriz, Ə. Dəmirçizadə, C.Zeynalov, F.Əsədov, Y.Bakuvi, K.Rəhimov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 546

Oxşar yazılar