Modriç  bu klubda oynayacaq
25 iyun 2025 09:39 (UTC +04:00)

Modriç bu klubda oynayacaq

İtaliyanın "Milan" klubunun idman direktoru İqli Tare "Real"dan ayrılan 39 yaşlı xorvatiyalı yarımmüdafiəçi Luka Modriçlə mümkün müqavilə bağlanmasına münasibət bildirib.

Lent.az xəbər verir ki, direktor Modriçi kluba gətirməyin vacibliyini vurğulayıb:

"Biz Luka Modriçi dəvət etməyə hazırıq, bizə yeni liderlər lazımdır. Modriç bizim üçün əsas oyunçuya çevrilə bilər. Onun rəqabətədavamlı olmaq və titullar qazanmaq istəyi var. Biz bunun üzərində işləyirik".

Daha əvvəl "Milan"ın 39 yaşlı Luka Modriçlə müqavilə imzalamağı planlaşdırdığı bildirilib. Bundan əvvəl futbolçu 2025-ci il klublararası dünya çempionatından sonra “Real Madrid”dən ayrılacağını rəsmən açıqlayıb.

2024/2025 mövsümündə Modriç Los Blancos üçün bütün yarışlarda 59 oyun keçirib, 4 qol vurub və 9 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13158

Oxşar yazılar