[b]Neftin qiyməti 51 dolları ötüb[/b]
07 iyun 2016 16:04 (UTC +04:00)

[b]Neftin qiyməti 51 dolları ötüb[/b]

0

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,59 dollar artaraq 50,28 dollar təşkil edib.


"APA-Economics" xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,69 dollar artaraq 51,24 dollar olub.

 

Qeyd edək ki, Brent neftinin qiyməti ötən ilin oktyabrın 12-dən etibarən ilk dəfə 51 dolları ötüb.

 

Neftin bahalaşmasına səbəb dolların zəifləməsidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 440

Oxşar yazılar