Azərbaycanda gömrük sahəsi ilə bağlı xüsusi medal təsis olunur.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilir. Dəyişikliyə əsasən “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)” yubiley medalı təsis edilir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.