<b>"Vergi amnistiyasından sonra 600 milyon manat sahibkarlarda qalacaq" </b>
20 dekabr 2016 10:49 (UTC +04:00)

"Vergi amnistiyasından sonra 600 milyon manat sahibkarlarda qalacaq"

0

 

Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə vergi amnistiyası ilə bağlı qanun layihəsi daxil olub. "APA-Economics"in məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bu gün ADA Universitetində "azexport.az" portalının təqdimatı zamanı deyib ki, təqribi hesablamalara görə, vergi amnistiyası nəticəsində 600 mln. manat sahibkarların sərəncamında qalacaq.

 

 

"Dövlət büdcəsinin gəlirlərinin əhəmiyyətli hissəsini təşkil edən bu dəyişiklik, sanksiyalardan azadolmalar sahibkarlığa dəstəyin bariz nümunəsidir", - deyə Z. Səmədzadə vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 348

Oxşar yazılar