![[b]"Nissan", BMW və "Hyundai" avtomobilləri hərracda - 3-10 min manata[/b]](https://lent.az/storage/news/2019/march/18/big/716d9eaeb0d94da84d72bbdc606c8b65.jpg)
[b]"Nissan", BMW və "Hyundai" avtomobilləri hərracda - 3-10 min manata[/b]
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri 16 aprel tarixində keçiriləcək. Hərraca ümumilikdə 62 dövlət əmlakı çıxarılıb. Onlardan 19-u səhmdar cəmiyyəti, 18-i kiçik dövlət müəssisə və obyekti, 12-si qeyri-yaşayış sahəsi, 13-ü isə nəqliyyat vasitəsidir.
ONA Komitəyə istinadən verdiyi məlumata görə, ölkənin bir sıra regionunu əhatə edən müxtəlif kateqoriyalara aid dövlət əmlaklarının bir neçə iqtisadi sahədə fəaliyyət potensialı var. Belə ki, özəlləşməyə çıxarılan kiçik dövlət müəssisələrindən 4-ü paytaxtda, digərləri isə Quba, Cəlilabad, Yevlax, Siyəzən kimi şəhər və rayonlarda yerləşir. 13-ü ticarət, digərləri ictimai xidmət obyektləri olan dövlət əmlaklarının ümumi faydalı sahəsi 20.1 kv.m ilə 1 664.4 kv.m arasındadır. Budəfəki hərracda ən yüksək ümumi faydalı sahəsi olan dövlət əmlakı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindədir. Obyektin özəlləşdirilməsi investora müxtəlif xidmət sahələri üzrə gəlirli fəaliyyət imkanı verə bilər.
Hərraca çıxarılan qeyri-yaşayış sahələrindən 9-u paytaxtda, 3-ü isə Daşkəsən, Şirvan və Gəncədə yerləşir. Az büdcə ilə biznesə başlamaq istəyənlər seçimini bu növ dövlət əmlakları üzrə edə bilər. Qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 11.9 kv.m ilə 127.4 kv.m arasındadır. Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsindəki obyekt ticarət və digər xidmət sahələri üzrə istifadə üçün əlverişlidir.
Qeyd edək ki, bu dövlət əmlakının ümumi faydalı sahəsi 35.8 kv.m-dir.
Dövlətə məxsus səhm paketlərinin hərraca çıxarıldığı səhmdar cəmiyyətləri kənd təsərrüfatı, nəqliyyat, təmir-tikinti və digər sahələrə aiddir.
Ümumi səhmlərinin 30%-45%-lik səhm paketləri özəlləşdirməyə çıxarılan dövlət əmlakları Bərdə, Salyan, Oğuzla yanaşı, digər şəhər və rayonlarda yerləşir.
Hərraca çıxarılan "Nissan", BMW, "Hyundai" və digər markalı avtomobillərin buraxılış tarixi 1998-2011-ci illərə aiddir. Avtomobillər üçün təyin olunan ilkin hərrac qiyməti isə 3-10 min manat arasındadır.
Elektron prosedurlardan istifadə edərək hərraca qoşulmaq istəyənlər komitənin rəsmi informasiya resurslarına müraciət edə bilər. Hər kəs sayt (emdk.gov.az) və Özəlləşdirmə portalı (privatization.az) vasitəsilə hərraca çıxarılan dövlət əmlakları barədə ətraflı məlumat əldə edib, onlayn formada seçdiyi əmlakın sifarişçisinə çevrilə bilər.
Əmlak Məsələləri Dövlət Komitəsi hər kəsi keçirilən hərraclara qoşulmağa və dövlət əmlaklarının özəlləşdirilməsində fəal iştiraka dəvət edir.
![avatar](/storage/authors/46742033_Lent.az - Facebook profile picture.png)
Oxşar yazılar
![“Fitch Ratings” Azərbaycanın kredit reytinqini “BBB-” səviyyəsinə yüksəldib](https://lent.az/storage/news/2024/july/27/big/66a47511d8a3966a47511d8a3b172205390566a47511d8a3366a47511d8a36.jpg)
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini “BBB-” səviyyəsinə yüksəldib
27 iyul 2024 , 08:18![Nərimanovda premium təmirli mənzil almaq istəyənlər üçün əla fürsət](https://lent.az/storage/news/2024/july/26/big/66a387f434c2766a387f434c28172199320466a387f434c2266a387f434c24.jpg)
Nərimanovda premium təmirli mənzil almaq istəyənlər üçün əla fürsət
26 iyul 2024 , 15:28![Galaxy AI yeni yüksəkliklərdə: Samsung Galaxy Z Fold6 və Z Flip6](https://lent.az/storage/news/2024/july/26/big/66a357c1312a566a357c1312a6172198086566a357c1312a066a357c1312a2.jpg)
Galaxy AI yeni yüksəkliklərdə: Samsung Galaxy Z Fold6 və Z Flip6
26 iyul 2024 , 11:58![HUAWEI FreeBuds 6i: Səs keyfiyyəti və kənar səs önləyicisinin ideal ahəngi](https://lent.az/storage/news/2024/july/26/big/66a34ddb907f466a34ddb907f5172197833166a34ddb907ee66a34ddb907f1.jpg)
HUAWEI FreeBuds 6i: Səs keyfiyyəti və kənar səs önləyicisinin ideal ahəngi
26 iyul 2024 , 11:18!["Azercell Biznes" “Mobil Cihazların İdarə Edilməsi” həllini təqdim edir](https://lent.az/storage/news/2024/july/25/big/66a24766434d366a24766434d4172191114266a24766434cf66a24766434d1.jpg)
"Azercell Biznes" “Mobil Cihazların İdarə Edilməsi” həllini təqdim edir
25 iyul 2024 , 16:38![Birbank Biznes-in “Maestro” tarifində yenilik: Biznes sahibləri artıq POS əməliyyatlarını da ala biləcəklər](https://lent.az/storage/news/2024/july/25/big/66a2416a27e3e66a2416a27e40172190961066a2416a27e3766a2416a27e3b.jpg)
Birbank Biznes-in “Maestro” tarifində yenilik: Biznes sahibləri artıq POS əməliyyatlarını da ala biləcəklər
25 iyul 2024 , 16:13![Siqaretlərin qiyməti nə qədər artacaq? – İQTİSADÇI AÇIQLADI](https://lent.az/storage/news/2024/july/25/big/66a208511d72f66a208511d730172189499366a208511d72966a208511d72c.jpg)
Siqaretlərin qiyməti nə qədər artacaq? – İQTİSADÇI AÇIQLADI
25 iyul 2024 , 14:34![Elektron siqaretlər bahalaşır](https://lent.az/storage/news/2024/july/24/big/66a0c9637f29866a0c9637f29a172181334766a0c9637f29366a0c9637f296.jpg)