Azəryolservis: "...15 gün ərzində yekunlaşacaq"
25 iyul 2014 16:50 (UTC +04:00)

Azəryolservis: "...15 gün ərzində yekunlaşacaq"

0

Bilgəh-Novxanı-Şamaxı istiqamətində inşa olunan yeni yolda tikinti işləri intensivləşib. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yolun 32-34-cü km hissəsində hamarlayıcı qatın vurulması başa çatdırılıb. Həmin hissədə bu gün səhər saatlarından asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılmışdır. Saray  qəsəbəsinə aid olan 2 km-dən artıq məsafədə 2 qat asfalt-beton örtüyünün döşənməsi yaxın 15 gün ərzində yekunlaşacaq.

 

Bundan sonra  sözügedən yolun Pirşağı qəsəbəsindən keçən 17-19-cu km hissəsində asfalt işlərinə start veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1345

Oxşar yazılar