"Azəriqaz"a 5,2 milyard manat lazımdır
03 oktyabr 2017 09:31 (UTC +04:00)

"Azəriqaz"a 5,2 milyard manat lazımdır

"Mövcud şəbəkənin ümumi qiymətləndirilməsi. İnkişaf planı" sənədi "Azəriqaz" İB tərəfindən hazırlanıb, SOCAR tərəfindən 31.05.2017-ci il tarixli məktublarla Energetika Nazirliyinə və İqtisadiyyat Nazirliyinə təqdim olunub.

 

"APA-Economics" xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.


Qeyd olunan sənəddə şəbəkənin mövcud vəziyyəti və qaz itkiləri təhlil olunub, qaz itkilərinin səviyyəsinin tələb olunan minimal göstəriciyə çatdırılması üçün Bakı şəhəri və Abşeron rayonunun (1-ci layihə), hazırda ən yüksək qaz itkisi olan 22 şəhər və rayon mərkəzlərinin (2-ci layihə) qaz təchizatı sistemlərinin köklü surətdə yenidən qurulması üçün tələb olunan investisiya qoyuluşu hesablanıb, texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli kimi qiymətləndirilən yaşayış məntəqələrinin adlı siyahısı müəyyən edilib və onların qazlaşdırılması (3-cü layihə) üçün də tələb olunan investisiya qoyuluşu hesablanıb. İlkin hesablamalara əsasən, 1-ci və 2-ci layihələr üçün 4,870 mlrd. manat, 3-cü layihə üçün isə 317 mln. manat investisiya qoyuluşu tələb olunacaq.

 

Layihə-smeta sənədləri hazır olduqdan sonra investisiyanın məbləği dəqiqləşdiriləcək.

 

Qeyd olunan həcmdə investisiya qoyuluşları "Azəriqaz" İB-nin maliyyə imkanları xaricindədir. Bununla bağlı olaraq proqramların maliyyələşdirilməsi mənbələrinin müəyyən edilməsinə və müvafiq dövlət dəstəyinə ehtiyac vardır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 365
avatar

APA Baycan

Oxşar yazılar