Bakı-Xarkov sərnişin qatarının marşrutu Kiyev stansiyasına kimi uzadılır
11 aprel 2018 15:17 (UTC +04:00)

Bakı-Xarkov sərnişin qatarının marşrutu Kiyev stansiyasına kimi uzadılır

0
21 aprel 2018-ci ildən etibarən 369-370 nömrəli Bakı-Xarkov sərnişin qatarının marşrutu Kiyev stansiyasına kimi uzadılacaq.
 
 
 
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın "APA-Economics"ə verdiyi məlumata görə, 21.04.2018-ci ildən etibarən yeni 369-370 nömrəli Bakı-Kiyev qatarı təyin edilir. Qatar Xarkov, Poltava, Mirqorod və Lubnı stansiyalarından keçəcək.
 
 
 
Qatar Bakıdan həftədə bir dəfə - həftənin IV günləri saat 01-35-də yola düşəcək, Kiyev stansiyasına 23.04.2018-ci ildən etibarən həftənin I günləri saat 11:46-da çatacaq və həmin gün saat 14:37-də əks istiqamətə yola düşəcək.
 
 
 
Qeyd edək ki, Bakı-Kiyev qatarı Bakıya 26.04.2018-ci ildən etibarən həftənin IV günləri saat 04:10-da çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 676

Oxşar yazılar