Prezident İlham Əliyev “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinə sədr təyinatı ilə bağlı sərəncam imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, Zakir Zaur oğlu İbrahimov “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilib.
Qeyd edək ki, Zakir İbrahimov bu təyinata qədər "Təmiz Şəhər" ASC-nin idarə heyətinin sədri idi.