“AZAL-ın təyyarələrində içki verilir, veriləcək” - AÇIQLAMA
13 fevral 2013 17:04 (UTC +04:00)

“AZAL-ın təyyarələrində içki verilir, veriləcək” - AÇIQLAMA

Məhərrəm Səfərli: “Menyüdə dəyişiklik etməyi planlaşdırmırıq”

 

“Azərbaycan Hava Yolları” (AZAL) şirkətinin təyyarələrində içki verilir, veriləcək”. Bunu Lent.az-a AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli söyləyib.

 

Qeyd edək ki,  “Türk Hava Yolları” (THY) şirkəti Türkiyədən müsəlman ölkələrinə uçan təyyarələrində alkoqolu içkiləri menyüdən çıxarmağa başlayıb. İndiyə qədər Səudiyyə Ərəbistanı və İrana uçan təyyarələrində alkoqolu içkini menyüyə daxil etməyən THY Pakistan, Misir, İraq, Küveyt, Somali, Seneqal və Nigeriyaya uçan təyyarələrində də içkini menyüdən çıxarıb. Başqa sözlə, artıq Pakistanın  Kəraçi və İslamabad, Misirin Qahirə və İsgəndəriyyə, İraqın Bağdad və Ərbil, Somalinin Moqodişi, Seneqalın Dakar, Küveytin Küveyt və Nigeriyanın Niamey şəhərlərinə təyyarə reyslərində spirtli içki sifariş etmək mümkün olmayacaq. THY Azərbaycana səfər edən təyyarələrində içki qadağası tətbiq etməyib.

 

“Türk Hava Yolları”nın atdığı addıma şərh vermək istəməyən Məhərrəm Səfərli bildirib ki, AZAL-ın təyyarələrində biznes-klasda sərnişinlərə hər cür içki, ekonom-klasda isə çaxır verilir. Onun sözlərinə görə, sərnişinlər də bundan çox razıdırlar və AZAL menyüsündə hər hansı dəyişiklik etməyi planlaşdırmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2207
avatar

Oxşar yazılar