Neft fondundan dövlət büdcəsinə köçürmə 2 milyard manat azaldılacaq
12 noyabr 2013 12:28 (UTC +04:00)

Neft fondundan dövlət büdcəsinə köçürmə 2 milyard manat azaldılacaq

2014-cü ildə neft fondundan dövlət büdcəsinə ayrılma 2 milyard manat və yaxud 17,7 faiz azalacaq.

Lent.az-ın məlumatına görə, bu barədə Milli Məclisin bugünkü iclasında parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

O bildirib ki, bu dövlət büdcəsində qeyri-neft sektorunun payının artmasının göstəricisidir. Onun sözlərinə görə, gələn il dövlət büdcəsində qeyri-neft sektorunun payı 30,8 faiz artacaq.

Komitə sədri bildirib ki, bu, ölkənin maliyyə riskinin azalmasına gətirib çıxaracaq.

 

Z.Səmədzadə onu da qeyd edib ki, gələn il həmçinin, dövlət büdcəsində ÜDM-nin da payı artacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 847
avatar

Anar Gəraylı

Oxşar yazılar