Nəqliyyat Nazirliyində Azərbaycanın nəqliyyat-yol kompleksinə daxil olan sahələr üzrə 2012-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilir. Lent.az-ın məlumatına görə, nazir Ziya Məmmədovun sədrliyi ilə keçirilən geniş kollegiya iclasında «Azərbaycan Dəmir Yolları» QSC-nin, «Azəryolservis» ASC-nin, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, həmçinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin hesabatları dinləniləcək.
Kollegiyada NİİM-in fəaliyyət göstərdiyi ilk ildə fəaliyyəti, çatışmazlıqlar, qarşıda duran vəzifələr vurğulanacaq.
Kollegiya iclasında müzakirə edilən məsələlər üzrə müvafiq qərarların qəbul edilməsi də gözlənilir.