“Veysəloğlu” rəhbərləri tələbələrə 30 saat müddətində biznes dərsləri tədris ediblər
17 yanvar 2024 12:18 (UTC +04:00)

“Veysəloğlu” rəhbərləri tələbələrə 30 saat müddətində biznes dərsləri tədris ediblər

Veysəloğlu Şirkətlər Qrupu və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə əməkdaşlıq çərçivəsində ötən il tələbələr üçün “Satışın idarə edilməsi" üzrə 30 saatlıq tədris baş tutub.

Layihə çərçivəsində Şirkətlər Qrupunun 15 lideri tələbələrə satış, pərakəndə və gündəlik istehlak məhsulları (FMCG) biznes sahəsi üzrə praktiki dərslər tədris edib.

Bu ilin fevral ayından isə “Veysəloğlu“ rəhbərləri Pərakəndəçilik” üzrə bilik və təcrübələrini bölüşmək üçün dərslərə başlayacaqlar.

Əməkdaşlıq memorandumuna əsasən hər iki qurum tələbələrin pərakəndəçilik və gündəlik istehlak məhsullarısahəsində bilik və bacarıqlarının artırılması, bu sahədə mütəxəssislərin yetişdirilməsi istiqamətində birgə fəaliyyət göstərir.

Layihənin məqsədi də tələbələrin real biznes mühitinə keçidini sürətləndirmək və belə böyük şirkətlərin layihələrinə tələbələrin

inteqrasiyasını sürətləndirməkdir.

Veysəloğlu Şirkətlər Qrupu 30 ildir ki, pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Şirkətlər Qrupu 2022-2023-cü illərdə “Deloitte” şirkətinin təşkil etdiyi nüfuzlu “Best Managed Companies” müsabiqəsinin qaliblərindəndir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3138
avatar

Oxşar yazılar