"Unibank"da yeni təyinat olub
01 aprel 2024 10:57 (UTC +04:00)

"Unibank"da yeni təyinat olub

Unibank KB rəhbərliyinin qərarı ilə Yaşar Kərimov Pərakəndə biznes üzrə Baş inzibatçı vəzifəsinə təyin olunub.

Lent.az xəbər verir ki, o, bu təyinatadək “Yelo Bank”da İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Yaşar Kərimov bank sahəsində 20 illik təcrübəyə malikdir və uzun müddət müxtəlif banklarda pərakəndə bankçılıq, biznesin inkişafı və marketinq, o cümlədən informasiya texnologiyaları sahəsində rəhbər vəzifələrdə çalışıb. O, Azərbaycan Dövlət İqtisad Universitetində “Marketinq” ixtisası üzrə bakalavr və magistr təhsili alıb.

# 2511
avatar

Oxşar yazılar