“Translogistica Caspian”: Zəngin işgüzar proqramla sahənin vacib məqamları diqqət mərkəzində
31 may 2024 15:31 (UTC +04:00)

“Translogistica Caspian”: Zəngin işgüzar proqramla sahənin vacib məqamları diqqət mərkəzində

4-6 iyun tarixlərində Azərbaycanda region üçün mühüm əhəmiyyət daşıyan tədbir - 21-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “Translogistica Caspian” Sərgisi təşkil ediləcəkdir. Bakı Enerji Həftəsi ilə eyni tarixlərə təsadüf edən sərgi Bakı Ekspo Mərkəzində keçiriləcəkdir.

“TransLogistica Caspian” sərgisinə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstək göstərilir.

Sərginin qızıl sponsoru qismində “Railgo” şirkəti çıxış edir.

“TransLogistica Caspian” sərgisində kommersiya şirkətləri ilə yanaşı dövlət strukturlarının nümayəndələri də iştirak edəcəkdir. Bu isə öz növbəsində sərgi iştirakçılarına və sahə peşəkarlarına həm Azərbaycanın, həm də region ölkələrinin dövlət-nəqliyyat strukturlarını təmsil edən rəhbər və mütəxəssislərlə görüşmək, eləcə də nəqliyyat texnologiyalarının ən son nümunələrini nümayiş etdirmək, perspektiv dövlət infrastruktur layihələri ilə tanış olmaq, potensial müştərilərə çıxış əldə etmək və digər çoxsaylı unikal imkanlar yaradır.

Sərginin əhəmiyyətini vurğulayan əsas məqamlardan biri təqdim olunacaq zəngin və faydalı işgüzar proqramdır. Tədbirin proqramında əks olunan əsas və diqqətçəkən mövzular aşağıdakılardan ibarətdir:

4 iyun - 15:40 - 16:10

"Sürətli və təhlükəsiz logistikada rəqəmsal gömrük dəstək mexanizmləri" - Panel diskussiyası Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsini mütəxəssislərinin iştirakı ilə keçiriləcəkdir.

5 iyun - 11:40 - 12:20

“İrəliyə doğru yol açmaq: eko-avtomobilin gələcəyi və Azərbaycanda elektromobillərin artan populyarlığı” – Mövzu üzrə müzakirələr “Azərbaycan Dəmir Yolları” (ADY) QSC, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mütəxəssisləri, eləcə də tanınmış avto-bloqqerlərin iştirakı ilə təşkil ediləcəkdir.

5 iyun - 12:30 - 13:00

“Radioaktiv maddələrin  nəqli zamanı radiasiya təhlükəsizliyinin təmin edilməsi” – Panel diskussiyası zamanı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin mütəxəssislərinin iştirakı ilə mövzu ilə bağlı əsas məqamlara toxunulacaqdır.

5 iyun - 15:00 - 15:50

“Orta Dəhliz: perspektivlər və çağırışlar” – Son zamanlar aktual olan bu mövzu üzrə müzakirələr "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC, “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC-nin mütəxəssislərinin iştirakı ilə aparılacaqdır.

Sərginin işgüzar proqramı üzrə ətraflı məlumatla rəsmi sayta keçid alaraq, tanış olmaq mümkündür: https://translogistica.az/az/tedbirler-proqrami

“TransLogistica Caspian” sərgisi zamanı yerli və xarici şirkətlərin iştirakı ilə “B2B” və “B2G” formatlı görüşlər də baş tutacaqdır.

İyun ayında keçiləcək üç günlük sərgidə Azərbaycanla yanaşı Almaniya, Amerika Birləşmiş Ştatları, Fransa, Qazaxıstan, İsveçrə, Latviya, Rusiya Federasiyası, Türkiyə və Ukraynadan olan şirkətlər iştirak edəcəklər.

“TransLogistica Caspian” sərgisi nəqliyyat sektorunun bir çox sahələrini birləşdirən səmərəli platformadır. Ənənəvi olaraq bu ilki tədbirdə də aviasiya, dəmiryol infrastukturu, dənizçilik sənayesi, kommersiya nəqliyyatı və nəqliyyat-logistika xidmətləri kimi nəqliyyat sektorlarının əsas istiqamətləri müzakirə olunacaq. Bununla yanaşı, sərgi bir sıra yeni istiqamətləri əhatə edəcəkdir. Logistika proseslərinin optimallaşdırılması, orta və böyük biznes üçün proqram təminatının hazırlanması və İT həllərin tətbiqi, eləcə də təchizat zəncirinin idarə edilməsi proseslərinin avtomatlaşdırılması üçün proqram təminatının hazırlanması kimi mövzular, şübhəsiz, yeni və faydalı müzakirələrə yol açaqdır.

Tədbirin təşkilatçısı “Caspian Event Organisers” şirkəti və onun beynəlxalq tərəfdaşları olan “ICA Events” və “CEM FZ LLC” şirkətləridir. Rəsmi tərəfdaşlar qismində “AzExpoMontage” MMC, “Caspian Freight Services”, “Atəşgah" Sığorta, "Hyatt Regency Baku", "Ibis Baku City", "Radisson Hotel Baku", "Lilac" və "Greenwich Travel Club" şirkətləri çıxış edir.

“TransLogistica Caspian” sərgisi haqqında ərtaflı məlumatı https://translogistica.az saytından və sosial şəbəkə hesablarından əldə etmək mümkündür. “Translogistica Caspian”: Zəngin işgüzar proqramla sahənin vacib məqamları diqqət mərkəzində

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1764
avatar

Oxşar yazılar