Tovuz sakinlərindən "Azəriqaz"a MÜRACİƏT
15 fevral 2023 17:47 (UTC +04:00)

Tovuz sakinlərindən "Azəriqaz"a MÜRACİƏT

SOCAR "Azəriqaz" İB-nin sahibkarlarla sayca 61-ci görüşü Tovuz rayonunda baş tutub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, tədbiri ilk olaraq giriş sözü ilə açan Şəmkir RQİİ-nin rəisi Elman Qənbərov sahibkarlığın inkişafı istiqamətində dövlətin yürütdüyü siyasətin Birlik tərəfindən hər zaman dəstəkləndiyini bildirib və bunun baris nümunəsi kimi "Açıq mikrofon" aksiyasını misal çəkib.

Sahibkarlar önündə çıxış edən KOBİA nüməyəndəsi Nəriman Zamanov SOCAR "Azəriqaz" İB ilə birgə həyata keçirilən bu cür layihələri yüksək qiymətləndirərək sahibkarlığın inkişafı üçün hər zaman dəstəyin davam etdiriləcəyini vurğulayıb.

Düz Qırıqlı, Quşçu və Qovlar kəndindən qatılan sahibkarlar ilk olaraq bu günədək Birliyin onlara yaratdığı şəraitə görə minnətdarlıqlarını ünvanlayıblar. 3 sahibkarın istəyi isə debitor borca görə onlara edilən güzəştlərin bu il də davam etdirilməsi olub. Görüşdə səslənən bu və ya digər müraciətlər aidiyyəti üzrə yönləndirilməsi üçün qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1845
avatar

Fidan İlqar

Oxşar yazılar