ŞAD XƏBƏR:  Sabahdan Aİ 95 markalı benzinin kəskin ucuzlaşacağı gözlənilir
30 iyun 2024 19:37 (UTC +04:00)

ŞAD XƏBƏR: Sabahdan Aİ 95 markalı benzinin kəskin ucuzlaşacağı gözlənilir

0

Aİ 95 markalı benzinin qiymətində kəskin ucuzlaşma olacağı gözlənilir.

Lent.az xəbər verir ki, telegram kanallarının məlumatına görə, ucuzlaşma sabahdan olacaq.

Hazırda Aİ 95 markalı benzinin bir litrinin qiyməti 2 manat təşkil edir.

Qeyd edək ki, Aİ 95 markalı benzin xaricdən idxal olunur, qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir.

Azərbaycanda Aİ 95 markalı benzinin qiyməti sonuncu dəfə 2022-ci il iyulun 13-də 1,6 manatdan 2 manata qalxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3697

Oxşar yazılar