Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsinin bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.
"Azəriqaz"dan Lent.az-a verilən məlumata görə, Biləcəri qəsəbəsinin N.Asimzadə küçəsində yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması məqsədilə fevralın 18-i saat 10:00-dan etibarən qaz təchizatı müvəqqəti dayandırılacaq.