Qusar rayonunun Xürəl və Avaran kəndlərinin, həmçinin Hil ilə Qalacıq kəndlərində salınan yeni yaşayış massivlərinin sakinləri “Açıq mikrofon” aksiyasında bir araya gəliblər.
"Azəriqaz"dan Lent.az-a verilən məlumata görə, sakinləri aksiyaya gətirən səbəb isə həmin ərazilərdə mavi yanacağın olmamasıdır.
“Səyyar qəbul otağı”nda həmçinin qaz xəttinin yerinin dəyişdirilməsi və qapı keçidinin quraşdırılması kimi müraciətlər də ünvanlanıb.
Hər bir müraciət Xaçmaz RQİİ-nin rəhbər şəxsləri tərəfindən dinlənildikdən sonra qeydə alınaraq həlli istiqamətində müvafiq tapşırıqlar verilib.