® “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”nın qalibləri mükafatlandırıldı
03 oktyabr 2022 10:12 (UTC +04:00)

®“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”nın qalibləri mükafatlandırıldı

Xeyirxah əməllər həyata keçirən “Qırmızı Ürəklər” Fondunun (Red Hearts) fəaliyyət istiqamətlərindən biri də sosial həssas qrupdan olan insanların təhsilinə dəstək verərək savadlı və xüsusi istedadlı gənclərin yetişdirilməsi, onların qayğı ilə əhatə olunması və inkişafını təmin etməkdir. Tədbirdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, “Qırmızı Ürəklər” Fondunun prezidenti Sevda Haqverdiyeva, Bakı Təhsil Məlumat Mərkəzinin direktoru Günay Məsimova və digər qonaqlar çıxış etdilər.

Yeni təqaüd proqramı çərçivəsində seçilən 15 tələbəyə hər ay 150 AZN məbləğində təqaüd, 11 tələbənin isə cari və əvvəlki dövrdən qalan təhsil haqları fond tərəfindən qarşılanacaq. Fond donorlar tərəfindən təhsil üçün edilən ianələri ölkəmizin işıqlı və parlaq gələcəyinə yönləndirərək onlar üçün yeni bir yol açır.

Fondun “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”nın əsas məqsədi istedadlı, mütərəqqi ideya və təşəbbüsləri özündə ehtiva edən, perspektivli, özünü inkişaf etdirməyə səy göstərən tələbələri həvəsləndirmək, eləcə də, dövlət və qeyri-dövlət sektorları üçün güclü insan resurslarını təmin etməkdir. Proqram ödənişli və ödənişsiz əsaslarla təhsil alan, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələri əhatə edir. Tələbələr proqramdan universitetə qəbul balına və təhsil aldıqları dövrdə göstərdikləri akademik göstəricilərə uyğun olaraq faydalanırlar.

“Təhsil ehtiyaclarını dəstəklədiyimiz hər bir fərdin ölkəmizin və dünyanın gələcəyini dəyişəcəyinə, həyatımızı daha da gözəlləşdirəcəyinə inanırıq. Bu proqramın qalibləri müxtəlif sahələr üzrə təlimlərdə iştirak edərək öz bilik və bacarıqlarını artıra biləcəklər. Unutmamalıyıq ki, təhsilə qoyulan investisiya gələcəyə yatırılan sərmayədir!”, - deyə “Qırmızı Ürəklər” Fondunun prezidenti Sevda Haqverdiyeva bildirdi.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi zamanı təhsilini yarımçıq qoyaraq, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak edən tələbələrin də təhsil haqları ötən il Fond tərəfindən qarşılanıb. 

“Qırmızı Ürəklər” Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.

# 774
avatar

Oxşar yazılar

Azərbaycandan “OPEC plus”un qərarına-MÜNASİBƏT

Azərbaycandan “OPEC plus”un qərarına-MÜNASİBƏT

4 dekabr 2022 , 17:47
Lokal dayanmalarla bağlı sosial şəbəkələrdəki reaksiyalara cavab: “Azəriqaz” qışa tam hazırdır!” -  VİDEO

Lokal dayanmalarla bağlı sosial şəbəkələrdəki reaksiyalara cavab: “Azəriqaz” qışa tam hazırdır!” - VİDEO

2 dekabr 2022 , 19:48
“The Banker” ABB-ni "İlin bankı” elan etdi®

“The Banker” ABB-ni "İlin bankı” elan etdi®

2 dekabr 2022 , 18:57
"Azəriqaz" Mingəçevirdə vətəndaş qəbulu KEÇİRƏCƏK

"Azəriqaz" Mingəçevirdə vətəndaş qəbulu KEÇİRƏCƏK

2 dekabr 2022 , 15:55
® “Final çay iç, Finalda qazan!” lotereyasının ikinci tirajının qalibləri müəyyənləşdi!

®“Final çay iç, Finalda qazan!” lotereyasının ikinci tirajının qalibləri müəyyənləşdi!

2 dekabr 2022 , 14:12
® İnnovasiya Sammitinə sayılı günlər qaldı!

®İnnovasiya Sammitinə sayılı günlər qaldı!

2 dekabr 2022 , 10:31
® Aylıq 807 AZN-ə göl və bulvar mənzərəli 3 otaq studiya mənzillər!

®Aylıq 807 AZN-ə göl və bulvar mənzərəli 3 otaq studiya mənzillər!

1 dekabr 2022 , 15:55
® Birbank sahibləri noyabr ayında 2,8 milyon manat keşbek əldə ediblər

®Birbank sahibləri noyabr ayında 2,8 milyon manat keşbek əldə ediblər

1 dekabr 2022 , 10:32